103 Təlim Mərkəzi layihəsi yekunlaşıb - FOTO

“103” Təlim Mərkəzi layihəsi yekunlaşıb FOTO

"İRƏLİ" Tibb Klubu və "Sağlam Ailə" Klinikasının birgə əməkdaşlığı ilə keçirilən "103" Təlim Mərkəzi layihəsi yekunlaşıb.
"Sağlam Ailə" Klinikasında "Sınıqlar və çıxıqlar zamanı ilkin tibbi yardım. İnyeksiyalar, inyeksiyaların düzgün vurulması" mövzusunda keçirilən son təlim "Sağlam Ailə" Klinikasının tibb-bacısı Sədaqət İsmayılova tərəfindən aparılıb.
Təlimin ümumi hissəsində ilk öncə iştirakçılara sınıqlar və çıxıqlar haqqında ümumi məlumatlar verilib, zədələnmə zamanı göstəriləcək ilkin tibbi yardım praktiki olaraq iştirakçılara göstərilib.
Daha sonra inyeksiyalar haqqında məlumat verilib və inyeksiyaların vurulması göstərilib. Həmçinin iştirakçılar da praktiki olaraq inyeksiyaların vurulmasını tədbiq ediblər.
Qeyd edək ki, "103" Təlim Mərkəzi layihəsi çərçivəsində “Sağlam Ailə” Klinikasında 6 həftə ərzində, həftədə bir dəfə olmaqla seminarlar və praktiki təlimlər keçirilib.
Layihənin keçirilməsində əsas məqsəd tibbi yardım və onun prinsipləri haqqında məlumat vermək, eyni zamanda hər kəsin rast gələ biləcəyi müxtəlif ekstremal vəziyyətlərdə - qanaxma, boğulma, sınıq, çıxıq, zəhərlənmə, yanıq və s. hallarda göstərilməli olan ilk yardım qaydalarının öyrədilməsi, praktiki olaraq göstərilməsi və eyni zamanda tibbin hal-hazırda ən aktual olan mövzularında gənclərin maarifləndirilməsi olub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !