Azərbaycanda Gənclər Turizminin formalaşması və dünyaya inteqrasiyası layihəsi yekunlaşıb - FOTO

“Azərbaycanda Gənclər Turizminin formalaşması və dünyaya inteqrasiyası” layihəsi yekunlaşıb FOTO

12-17 fevral, 2014-cü il tarixlərində “Gənclər Turizmi” İctimai Birliyi və “İRƏLİ” İctimai Birliyinin Turizm klubunun təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “World Business Center”də “Azərbaycanda Gənclər Turizminin formalaşması və dünyaya inteqrasiyası” layihəsi çərçivəsində keçirilən 4 günlük təlim proqramı başa çatıb.
Təlim proqramı çərçivəsində iştirakçılar Azərbaycanda daxili turizm potensialı və prespektivlər, Turizm şirkətlərinin yaradılması və idarə olunması, Turizmdə İnformasiya texnologiyalarının tətbiqi, Mehmanxana idarəçiliyi, Tədbirlərin təşkili, Turizm Marketinqi, Bələdçilik (gid) xidməti, Tibb və Təhsil Turizmi, Tarixi və Mədəni irs turizmi və bu kimi mövzularda olan təlimlərdə iştirak ediblər. İştirakçılar təcrübəli təlimçilər tərəfindən əldə etdikləri bilik və bacarıqlar əsasında müxtəlif turizm müəssisələrində işləmək və turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün imkanlar əldə ediblər.
Təlimlər Era Style, Vektor, Turizm.az və Compass Turizm və səyahət agentliklərinin rəhbərləri, Azərbaycan Turizm İnstitutunun gənc müəllimləri, o cümlədən bu sahədə fəaliyyət göstərən müstəqil ekpertlər tərəfindən aparılıb.
Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.
Qeyd edək ki, layihənin əsas məqsədi təlim proqramı zamanı turizm sənayesi üçün gənclər arasından rəqabətə davamlı peşəkar kadrlar hazırlamaq və peşəkarlıqlarını artırmaqla onların məşğulluğunu təmin etmək, eləcə də bu sahədə gənclər arasında sahibkarlığın ikişafına dəstək olmaq idi. Eyni zamanda turizm sahəsində fəaliyyət göstərən, təhsil alan və çalışan gənclər arasında şəbəkələşməni gücləndirmək, regionda yaşayan gənclərin turizm sektoruna maraqlarını artırmaq və onların turizmin davamlı inkişafına cəlb etməkdən ibarət olub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !