Yeni İstedad layihəsinə start verildi - FOTO

“Yeni İstedad” layihəsinə start verildi FOTO

Osmanlı Film, “İRƏLİ” İctimai Birliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti, 19 qrup, 28 Cinema və İlkmedianın birgə təşkilatçılığı ilə həyata keçirilən “Yeni İstedad” layihəsinə start verildi.
“İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında baş tutan görüşdə layihə rəhbəri Kəmalə Quliyeva tədbiri giriş sözüylə açıb.
O bildirib ki, layihənin əsas məqsədi istedadlı və bacarıqlı insanların üzə çıxarılması, film və teatr səhnələrinə yeni istedadların cəlb olunmasını təmin etməkdir.
Kəmalə Quliyeva deyib ki, layihə 3 mərhələdən ibarət olacaq: "Bizim əsas məqsədimiz istedadlı aktyor və aktrisaları üzə çıxarmaqdır. "Yeni İstedad" layihəsi Azərbaycan mədəniyyətinə yeni simalar bəxş edəcək. Onu da qeyd edim ki, layihənin birinci mərhələsində gənclər öz aktyorluq bacarıqlarını nümayiş etdirəcəklər, dəyərli jürimiz isə onları qiymətləndiriləcək."
Daha sonra əməkdar artist Vəfa Zeynalovaya söz verilib. O gənclərə master-klass keçib. Vəfa Zeynalova həmçinin gənclərə tövsiyyələrini bildirib və gənclərə sevdikləri işlə məşğul olmağı, heç vaxt ruhdan düşməməyi deyib.
Bakı Uşaq Teatrının rəhbəri İntiqam Sultan da öz növbəsində gənclərə məsləhətlər verib: "Düşünürəm ki, bu tip layihələr gənclərimizin inkişafında çox vacibdir. Yaradıcı insanlara belə şərait yaradanlara təşəkkür edirəm. Gənclərə də məsləhətim budur ki, öz üzərlərində daha çox işləsinlər, onlara verilən bu imkandan maksimum istifadə etsinlər".
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !