Qəbələ şərab zavodunun məhsulları beynəlxalq sərgidə ən yüksək mükafata layiq görülmüşdür -

“Qəbələ” şərab zavodunun məhsulları beynəlxalq sərgidə ən yüksək mükafata layiq görülmüşdür

Azərbaycanın “Aqro-Azerinvest” MMC-nin “Qəbələ” şərab zavodunun istehsalı olan “GOLD BAKU” konyakı və “BASARKEÇƏR” qırmızı süfrə şərabı Moskvada keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal “PRODEXPO – 2014” XXI Beynəlxalq sərginin “2014-cü ilin ən yaxşı məhsulu” laureatı diplomu və qızıl medalını almışdır.
“Aqro-Azerinvest” MMC-dən AzərTAc-a bildirmişlər ki, sərgidə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın “Qəbələ” şərab zavodunun məhsulları ən yüksək mükafata layiq görülmüşdür. Beynəlxalq sərginin pavilyonlarında dünyanın 63 ölkəsindən 2300 şirkət məhsullarını nümayiş etdirmişdir.AzərTAc 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !