-

Bərdədə tonlarla mənşəyi bilinməyən ət aşkarlandı

 Bərdə rayonunda yararsız halda olan və mənşəyi məlum olmayan tonlarla ət tapılıb. Saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də var.

AzPRESS xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərufatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı, Bərdə şəhəri, Səməd vurğun küçəsi, ev 9 ünvanında yaşayan Seyfəddin Novruzovun həyətinə baxış keçirilən zaman məlum olub ki, o öz həyətində antisanitar vəziyyətdə xeyli miqdarda ət saxlayır.

DBX-nin Mətbuat Xidmətinin rəisi Yolçu Xanvəli AzPRESS-ə bildirdiki ki, S. Novruzovun həyətində müəyyən olunan saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də aşkarlanıb: "Tapılan ətin xeyli hissəsinin mənşəyi məlum deyil. Hazırda əməkdaşlarımız buradakı ətin miqdarını və mənşəyini müəyyən etməyə çalışırlar”.

AzPRESS onuda bildirir ki, reydə Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın özü rəhbərlik edirdi. o jurnalistlərə bildirdiki, reyd Kənd Təsərüfatı Nazirliyinə daxil olmuş məlumat əsasıda keçirildi. Onlar reyd zaman ev sahibinin ciddi təziqlərinə məruz qalsalarda yerli hüquq mühavizə orqanlarının köməkliyi ilə həyətə daxil olaraq fakt aşkarlayıblar. Həyətdə 3 saxlama kamerasında təxminən 10 tona yaxın mənşəyi bilinməyən ət aşkarlanaraq müsadirə edildi.

Elgün Rəhimov. AZpress.AZ- Bərdə

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !