Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc layihəsində Gənclik və informasiya təhlükəsizliyi mövzusunda panel baş tutub - FOTO

“Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsində “Gənclik və informasiya təhlükəsizliyi” mövzusunda panel baş tutub FOTO

Qafqaz Point Hoteldə “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi davam edir.
6 fevral tarixində layihənin ikinci günü “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyevin moderatorluğu ilə “Gənclik və informasiya təhlükəsizliyi” mövzusunda baş tutan panelin qonaqları Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli olub.
Gənclərlə görüşü zamanı Millət vəkili Rəbiyyət Aslanova qeyd edib ki, sağlam təfəkkürlü gənc nə qurduğunu yaxşı bilir və bunun heç bir ziyanı olmur. Gənclər ayıq-sayıq olmalı, müasir dövrün informasiya məkanında yaxşını pisdən ayırmağı bacarmalıdır: "Gənclərin bəzi təhlükəli informasiyaların təsiri altına düşməsi çox qorxulu məsələdir. Müasir informasiya axınından bəhrələnmək və onun neqativ təsirlərinin qarşını almaq gəncliyin qarşısında duran ən mühüm və ən çətin vəzifələrdən biridir".
Komitə sədrinin sözlərinə görə, gənclər cəmiyyətin ictimai-siyasi həyatında fəal olmalı, özünü təsdiq etməlidirlər. Gənclik ötüb keçən bir andır. İndidən bu dövrün qədrini bilib, özlərini təsdiq etməlidirlər. Çünki gənclərin gələcək uğurları bu gün atılan addımlardan asılıdır".
Millət vəkili Əli Hüseynli informasiya azadlığı müsbət tərəfləri ilə yanaşı, bir sıra təhdid və təhlükələrə də gətirib çıxardığını bildirib.
Komitə sədri qeyd edib ki, bunun üçün Azərbaycanda mövcud informasiya sistemində düzəlişlər edilməlidir: "Biz o xaricdən gələn informasiyalara duruş gətirə bilən sistem formalaşdıra bilməmişik. Televiziyalar və ya digər KİV-lər müəyyən mövzulardan kənara çıxa bilmirlər. Bu səbəbdəndir ki, gənclərin çoxu yerli televiziyalara baxmırlar".
Daha sonra görüş qarşılıqlı diskussiya şəklində davam edib.
Qeyd edək layihə 5-8 fevral tarixlərini əhatə edir. 100 gənc lider 4 gün ərzində gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs, təkliflər üzərində çalışacaqlar.


Qış Universiteti layihəsində “Azərbaycanın xarici siyasəti” mövzusunda növbəti panel baş tutub


“Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi çərçivəsində “Azərbaycanın xarici siyasəti” mövzusunda növbəti panel baş tutub.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyevin moderatoru olduğu görüşün qonaqları Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev olub.
İlk olaraq çıxış edən millət vəkili qeyd edib ki, gənclərlə ünsiyyət onun üçün maraqlıdır. Gənclərin bu günki fəaliyyətini müsbət qiymətləndirən millət vəkili bildirib ki, bu formatda keçirilən görüşlər gənclərin gələcək karyeralarında faydalı olacaq. Əsas odur gənclər dünyada baş verən hadisələri izləsinlər, yeniliklərdən xəbərdar olsunlar.
Millət vəkilinin sözlərinə görə, hazırda Cənubi Qafqazda ümumən əhalinin 2/3-ni azərbaycanlılar təşkil edir. Azərbaycanın son illər apardığı düzgün siyasəti nəticəsində onun inkişafı üçün geniş perspektivlər və imkanlar yaranıb: "Biz bu imkanlardan öz maraqlarımızı təmin etmək, eləcə də problemlərimizin həlli istiqamətində maksimum dərəcədə yararlanmalıyıq".
Elman Abdullayev çıxışında bu günki gəncliklə qürur duyduğunu bildirib: “Gəncliyimiz bizim bu günümüz və sabahımızdır. Bu gəncliyin bu gün sağlam böyüməsi, vətənpərvər olması, millətini sevməsi Azərbaycanın gələcəyini daha da möhkəmləndirir. Qış universitetlərinin gənclərin əqidəsinin möhkəmlənməsi, siyasətimizi yaxından tanıması, dövlət rəsmiləri ilə təmasda olmaları baxımından olduqca müstəsna rolu vardır. Hesab edirəm ki, bu baxımdan qış universiteti layihəsi gözəl təşəbbüsdür”.
Elman Abdullayev onu da qeyd edib ki, bu gün artıq dünyada Azərbaycanla hesablaşırlar. Azərbaycana hörmət olunur. Bölgədə Azərbaycanın icazəsi olmadan heç bir layihə həyata keçirilmir. Biz - hər birimiz Azərbaycanın daha da güclənməsi, onun dünyada tanıdılması üçün həm daxildə, həm də xaricdə azərbaycanlılar arasında birliyə nail olmalıyıq.
Qeyd edək ki, “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. 5-8 fevral tarixlərini əhatə edən layihədə 100 gənc lider 4 gün ərzində gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs, təkliflər üzərində çalışacaqlar.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !