"Gənc Liderlər üçün Qış Universiteti – Kreativ Başlanğıc" layihəsinin seçim turu başa çatıb -

"Gənc Liderlər üçün Qış Universiteti – Kreativ Başlanğıc" layihəsinin seçim turu başa çatıb

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, 5-8 fevral tarixlərində Bakı şəhərində keçiriləcək "Gənc Liderlər üçün Qış Universiteti – Kreativ Başlanğıc" layihəsinin seçim turu başa çatıb.
Layihəyə iştirak üçün 1000-ə yaxın müraciət daxil olub. Müraciətlər layihənin təşkilat komitəsi tərəfindən dəyərləndirilib və ən yaxşı 200 nəfər müsahibəyə dəvət olunub. Müsahibə mərhələsi 21-22 yanvar 2013-cü il tarixləri arasında “İRƏLİ” Gənclik Mərkəzində keçirilib.
Müsahibə mərhələsindən sonra layihədə iştirak etmək hüququ qazanmış gənclərin siyahısı açıqlanıb: http://ireli.az/wu2014
Qeyd edək ki, "Gənc Liderlər üçün Qış Universiteti" layihəsi 2009-cu ildən etibarən hər il keçirilir və Azərbaycanın ən fəal və potensiallı gənclərini bir araya gətirir. Bu il "Gənc Liderlər üçün Qış Universiteti" layihəsi "Kreativ başlanğıc" adı altında Bakı şəhərində keçiriləcək.
4 gün davam edəcək layihə müddətində iştirakçılar gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs və təkliflər üzərində çalışacaqlar. Eyni zamanda 5 komandaya bölünən iştirakçılar layihə müddətində fəal iştirak üçün biri-biriləri ilə yarışacaqlar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !