Azərbaycanın Xalq Artisti Aypara və Ulduz ordeni ilə təltif olunmuşdur -

Azərbaycanın Xalq Artisti “Aypara və Ulduz” ordeni ilə təltif olunmuşdur

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq Artisti Məleykə Əsədova mədəniyyətlərarası münasibətlərin qurulmasına, milli mənəvi dəyərlərin təbliğinə yönəlmiş ictimai fəaliyyətinə, Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkəmizdə və ölkənin hüdudlarından kənarda keçirilən ictimai tədbirlərdə fəal iştirakına görə İnsan Hüquqları Müdafiəsi Beynəlxalq Komitəsinin təsis etdiyi “Aypara və Ulduz” ordeni ilə təltif olunmuşdur.
Bu barədə AzərTAc-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirmişlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !