"Psixologiya Akademiyası 2" layihəsinin açılış mərasimi keçirilib -

"Psixologiya Akademiyası 2" layihəsinin açılış mərasimi keçirilib

“İRƏLİ” İctimai Birliyi, “MS PRO“ şirkəti və “V.S Training & Psychology Centerlə“ birgə keçirdiyi "Psixologiya Akademiyası 2" layihəsinin açılış mərasimi keçirilib.
Açılışda “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “İRƏLİ” Təlim və Karyera Mərkəzinin rəhbəri Nihad Allahyarlı, “Modern Marketing Group” şirkətinin rəhbəri Yusif Vəliyev, “Hajizadə Group” şirkətinin rəhbəri Əli Hacizadə, “MS PRO“ şirkətinin nümayəndəsi Orxan Oruc, “VS Training & Psychlogy Center“ şirkətinin rəhbəri Vüsalə Qocayeva, psixoloq Aytən Əliyeva, psixoanaliz İbrahim İbrahimli, “İRƏLİ” “Psixologiya Akademiyası” layihəsinin rəhbəri Fidan Ağayeva iştirak ediblər.
“İRƏLİ” sədri Rauf Mərdiyev hər kəsi salamlayaraq iştirakçıları uğurlu iştiraklarına görə təbrik edib. Qeyd edib ki, “Psixologiya Akademiyası 1” layihəsi 4 ay müddətinə davam edib və gənclərin yüksək marağını nəzərə alaraq “Psixologiya Akademiyası 2” layihəsinin keçirilməsinə start verilib. “Psixologiya Akademiyası” layihəsinin rəhbəri Fidan Ağayeva “Psixologiya Akademiyası 1“ layihəsinin nəticələri və “Psixologiya Akademiyası 2 “layihəsi haqqında məlumat verib. Digər qonaqlar da çıxış edərək gənclərə uğurlar arzu ediblər.
Daha sonra "Psixologiya Akademiyası 1" layihəsinin bağlanışı keçirilib və iştirakçılara sertifikatlar təqdim olunub. Sonda xatirə şəkili çəkdirilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !