İRƏLİ 5 yaşını qeyd etdi -

“İRƏLİ” 5 yaşını qeyd etdi

Mərasimdə “İRƏLİ” İctimai Birliyinin həmtəsisçiləri, Milli Məclisin deputatı Ceyhun Osmanlı, Elnarə Qəribova, birliyin sədri Rauf Mərdiyev, media qurumların təmsilçiləri, özəl sektor, QHT nümayəndələri və bir sıra qonaqlar, fəal gənclər iştirak ediblər.
Rauf Mərdiyev çıxış edərəkbildirib ki, “İrəli” artıq gənclərin həyat tərzinə çevrilib: “İrəli” bir dəyərdir. Bu dəyər bütün kreativ ideyalara malik olan gəncləri öz ətrafına toplamağı qarşısına hədəf qoyub. “İrəli” 5 yaşlı uşaqdır. Hələ bu yaşında bu qədər böyük uğurlara nail olmuşuqsa, deməli, hələ böyüdükdə bu təşkilat daha böyük işlərə, uğurlara imza atacaq. Mən özünü “İrəli”çi sayan hər kəsi təbrik edirəm”.
Millət vəkili Ceyhun Osmanlı çıxışında deyib ki, "İrəli" 6 nəfərlə fəaliyyətə başlayan, bu gün isə sıralarında 36 min ali təhsilli gənci birləşdirən Azərbaycanın ən böyük müstəqil gənclər təşkilatıdır. Ceyhun Osmanlı onu da vurğulayıb ki, "İrəli" hələ uzun müddət dövlətini, Vətənini, millətini sevən gənclərin güvənc yeri olacaq: ““İrəli” azərbaycançılıq ideyasına inananların təşkilatıdır. "İrəli" heç zaman tükənməyəcək bir ideyadır, heç zaman bitməyəcək bir həyat tərzidir”.
Daha sonra isə “İRƏLİ”nin 5 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Gənc müğənni Tomrisin ifasında “İRƏLİ” himni səsləndirilib.
Həmçinin mərasimdə gənc müğənnilər öz ifaları ilə gəncləri təbrik edib.
Public Clubda baş tutan mərasimdə bir sıra viktorinalar, yarışlar təşkil olunub. Qaliblərə My Brands, Nar Mobile, Nurgun Motors, Shah Palace, Bakı Sığorta, Park Cinema, “İB” Club, “Sky Grup”, Sağlam Ailə, Red Bull Enerji içkisi şirkətləri tərəfindən hədiyyələt təqdim olunub.
Eyni zamanda mərasimdə "PR School" və "Diplomatik Protokol" layihələrinin bağlanışı baş tutub və iştirakçılar sertifikatla təltif olunub.
Mərasim daha sonra bədii proqramla davam edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !