İRƏLİ Yaxşıların Yaxşısı 2013 mükafatı ilə təltif olunub -

“İRƏLİ” “Yaxşıların Yaxşısı 2013” mükafatı ilə təltif olunub

24 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Jumeirah otelində “Yaxşıların Yaxşısı 2013” mükafatının təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, dövlət rəsmiləri, ictimai sfera nümayəndələri iştirak edib.
Tədbirdə 2013-cü ildə gənclər və idman sahəsində xüsusi fəallığı ilə seçilən təşkilat və şəxslər mükafatlandırılıb.
2013-cü ilin ən yaxşı ictimai birliyi nominasiyasında isə “İRƏLİ” İctimai Birliyi mükafatla təltif olunub. Mükafatı “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyevə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təqdim edib.
Qeyd edək ki, “Yaxşıların Yaxşısı” mükafatı hər ilin sonunun yekunlarına görə Azərbaycanda gənclər və idman sahəsində ən aktiv fəaliyyət göstərən şəxlər və qurumlar təltif olunur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !