Mənim Prezidentim Gənclərin Təşəbbus Qrupu illik fəaliyyətlərinin yekunu ilə bağlı tədbir keçirib (YENİLƏNDİ) -

“Mənim Prezidentim ”Gənclərin Təşəbbus Qrupu illik fəaliyyətlərinin yekunu ilə bağlı tədbir keçirib (YENİLƏNDİ)

Mənim Prezidentim Gənclərin Təşəbbus Qrupu illik fəaliyyətlərinin yekunu ilə bağlı tədbir keçirib. 24 dekabr 2013-cu il tarixində təşkil olunan tədbirdə Təşəbbus Qrupunun təsisçiləri Seymur Hüseynov,Rauf Mərdiyev,Nərgiz Hüsynova və Təşəbbüs Qrupunun fəaliyyitinə dəstək olan Respublikanın əməkdar artisti Tünzalə Ağayeva,məşhur şoumen Murad Dadaşov,tanınmış rejissor Ülviyyə Könül kimi bir sıra məşhur simalar və 500-dən artıq gənc iştirak edib. Tədbirdə Təşəbbüs Qrupuna dəstək olan məşhurlar həmçinin qrupun üzvləri tərəfindən təşəkkürnamə ilə təltif ediliblər. Eyni zamanda tədbirdə gənclərin fəaliyyətlərində hər zaman onların yanında olan Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov da iştirak edib.
2013-cu ildə fəaliyyətə başlayan “Mənim Prezidentim “ Gənclərin Təşəbbüs qrupunun əsas məqsədi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə ,xüsusilə gənclərə çatdirmaqdir.
Fəaliyyəti çərçivəsində Mənim Prezidentim Gənclərin Təşəbbüs Qrupu müxtəlif kampaniya və aksiyalar həyata keçirmişdir. Keçirilən aksiyalar sırasına “Mənim Prezidentim-ə sual” kampaniyası”,”Qırmızı Lentlər” kampaniyası ,İnstagram sosial şəbəkəsində” Azərbaycan 10 il” foto müsabiqəsi ”,10 il gənclərin gözü ilə” foto sərgisi və “Qan Vermə” kimi bir çox aksiya və kampaniyalar aiddir.
Ölkənin bir çox məşhur simalarının “Gələcək naminə İlham Əliyevə səs verək!”Şüarı altında Cənab İlham Əliyevin namizədliyini dəstəkləyən sosial çarx hazırlanması da Təşəbbüs Qrupunun fəaliyyəti çərçivəsində həyata keçirilən kampaniyalar sırasındadır. Həmçinin sözləri İsmyıl Dadaşova,musiqisi və ifası Tunzalə Ağayevaya məxsus olan “Mənim Prezidentim”Gənclərin Təşəbbüs Qrupunun himni hazırlanmış və Ülviyyə Könülün rejissorluğu ilə sözu gedən himnin klipi çəkilmişdir. Klip cəkilişlərində Azərbaycanda ilk dəfə olaraq 1000-dən artıq gənc iştirak etmişdir. Bildirək ki,Təşəbbüs Qrupunun fəaliyyəti sosial şəbəkələrdə 1.600.000 gənc tərəfindən izlənilib,şəhərin müxtəlif 20 nöqtəsindən xüsusi “Mənim Prezidentim” sosial reklamları vasitəsilə Təşəbbüs Qrupunun fəaliyyəti barədə 100 minlərlə gəncə məlumat əldə edib. Qeyd edək ki,”Mənim Prezidentim” Qrupunun həyata keçirdiyi ən kreativ təşəbbüs isə məhz 9 oktyabr 2013-cü ildə Prezident seçkiləri günü həyata keçirilmişdir.Bu Azərbaycanda ilk dəfə olaraq virtual “Səs Verdim!” kampaniyası idi. Bu proqram təminatı vasitəsi ilə insanlar onlayn olaraq öz seçimlərini bölüşmək imkanını əldə ediblər. Nəticə də isə Azərbaycanın hər bir nöqtəsindən və bir çox xarici ölkə səfirliklərində səs verənlərdən 52.814 gənc öz seçimlərinin İlham Əliyevə olduğunu bildiriblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !