İRƏLİ 5 yaşını qeyd edir -

“İRƏLİ” 5 yaşını qeyd edir

Bu gün “İRƏLİ” İctimati Birliyinin təsis olunmasından 5 il ötür. “İRƏLİ” təşkilat olaraq 8 il əvvəl 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaranmışdır və əsas məqsədinin Azərbaycan gəncinin inkişafı olduğunu bəyan etmişdir. Yarandığı gündən bəri gəncləri cəlb edən kreativ fəaliyyət ortaya qoyan “İRƏLİ” qısa bir müddətdə ətrafına 6 mindən artıq gənci toplamağı bacarmışdır. Bu isə öz növbəsində təşkilatın böyüməsi və struktunun yenilənməsi zərurətini yaratmışdır. Bu zəruriyyəti qarşılamaq üçün 24 Dekabr 2008-ci ildə “İRƏLİ” İctimai Birlik kimi təsis olunmuşdur. “İRƏLİ” təsis olarkən əsas məqsədlərini Azərbaycan gənclərinin, Azərbaycan cəmiyyətinin, insan kapıtalının inkişafı olaraq götürmüşdür.
Fəaliyyət göstərdiyi 5 il müddətində “İRƏLİ” İctimayi Birliyi Azərbaycanın bütün bölgələrini əhatə etmiş, “İRƏLİ” nin həyata keçirdiyi 750-dən çox layihədə 200 mindən çox gənc iştirak etmişdir. Bu layihələrdən məsələn İnformasiya Texnologiyaları Akademiyası, Sənin Bələdiyyən, Gənc Liderlər üçün Qış və Yay universitetləri, Azərbaycan tarixi portalı Azərbaycanın gənclər sahəsində ən uğurlu layihələri sırasında qeyd olunur. “İRƏLİ” İctimai Birliyinin hal-hazırda 36.000 mindən çox üzvü vardı və təşkilat Azərbaycanın bütün bölgələrini özünün fəaliyyət dairəsinə aid etmişdir. Bundan başqa təşkilatın Azərbaycanda fəaliyyət göstərən 31 Ali Təhsil ocağında nümayəndəliyi vardır. Ümumən “İRƏLİ” gənclərin fərdi inkişafına, Azərbaycan maraqlarının qorunmasına xidmət edən layihələr həyata keçirmişdir və Azərbaycanda gənclər siyasəyinin icra olunmasında ən önəmli təşkilatlardan biridir. “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti əsasən Bakı şəhərində, İçərişəhərdə yerləşən “İRƏLİ” Gənclik Mərkəzində həyata keçirir. Belə ki, “İRƏLİ” İctimai Birliyinin bütün struktur nümayəndəlikləri məhz bu mərkəzdə cəmlənmişdir. Təşkilat daxilində müxtəlif profilli mərkəz və klublar fəaliyyət göstərir. Bunlara misal olaraq, Beynəlxaql Əlaqələr Mərkəzini, Hüquq Mərkəzini, Xarici Dillər Mərkəzini, İntellekt Mərkəzini, Araşdırmalar və İnnovasiya Mərkəzini, Təlim və Karyera Mərkəzini, Yaşıllar Klubu, Məktəbli Klubu, Teart Klubunu və.s göstərmək olar. Təşkilat beynəlxalq layihələrdə də fəal şəkildə iştirak edərək Azərbaycanı xaricdə müxtəlif tədbirlərdə təmsil edir. Eyni zamanda ölkə daxilində müxtəlif səpkili layihələr həyata keçirir və bu layihələrin həyata keçirilməsində dövlət, özəl, biznes, media qurumları ilə çox yaxından əməkdaşlıq edir.
2014-cü ildə “İRƏLİ” daha peşəkar fəaliyyət göstərməyi hədəfləməkdədir. 2014-cü ildə “İRƏLİ” qarşısında duran məqsədlər əsasən “İRƏLİ”nin peşakar, innovasiya və kreativ layihələri reallaşdırmaqdan ibarətdir. Növbəti ildə “İRƏLİ” gənclərin bütün təbəqələrini əhatə etməyi planlaşdırır. “İRƏLİ”nin 2014-cü ilə olan hədəfləri sırasında daha çox akademik və arşadırma yükü olan layihələrin reallaşması vardır. “İRƏLİ” növbəti ildə Azərbaycanda gənclərin ola biləcəyi bütün sahələrə aid müxtəlif səpkili layihələri reallaşdırmağı planlşadırır. Belə ki, 2014-cü ildə “İRƏLİ” öz fəaliyyətində tələbələri, sosial qayğıya ehtiyacı olan insanları, biznes nümayəndələrini, məktəbliləri əhatə etməyi planlaşdırır. 2014-cü ildə “İRƏLİ” nin əsas məqsədi gənclərimizin maraqları çərçivəsində olan bütün sahələrə aid fəaliyyət göstərmək və həmin gənclərin fərdi inkişaflarına töhvə verməkdən ibarətdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !