İRƏLİ Fotoqraflar Birliyi tərəfindən mükafatlandırıldı -

“İRƏLİ” Fotoqraflar Birliyi tərəfindən mükafatlandırıldı

Azərbaycan Fotoqrafları Birliyinin (AFB) 15 illik yubileyi və "İlin fotoqrafı - 2013" adlı mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə 2013-cü ilin ən uğurlu fotolarından ibarət sərgi təşkil olunub, fotoqraflar, eyni zamanda Azərbaycanda fotoqrafiya hərəkatını, fotoqrafları dəstəkləyən təşkilatlar mükafatlandırılıb.
“İRƏLİ” İctimai Birliyi də mükafatlandırılan təşkilatlar sırasında olub.
Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu Azərbaycan Fotoqrafiyasına verdiyi dəstəyə görə fəxri diplomu “İRƏLİ” İctimai Birliyinə təqdim edib.
“İRƏLİ” ilə əməkdaşlıqdan çox məmnun olduqlarını bildirən Mirnaib Həsənoğlu gələcəkdə bu əməkdaşlığın uzunmüddətli olacağına ümid edib.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxışında bildirib ki, artıq 2 ildən çoxdur ki, “İRƏLİ” və Azərbaycan Fotoqraflar Birliyi çox produktiv əməkdaşlıq edir. Bu illər ərzində “Foto Klub”, Ümumdünya Pinhol Fotoqrafiyası Günü və.s bu kimi layihələr həyata keçirilib. İki təşkilatın birgə əməkdaşlığı Azərbaycanda gənc fotoqrafların yetişməsi prosesinə böyük töhvə verib.
Daha sonra xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, 11 dekabr 2012-ci il tarixində “İRƏLİ” İctimai Birliyi və “Azərbaycan Fotoqrafları” İctimai Birliyi memorandum imzalayıb və həmin tarixdən başlayaraq çox sıx əməkdaşlıq edirlər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !