İRƏLİ nin Find Your Way layihəsi yekunlaşıb -

“İRƏLİ”nin “Find Your Way” layihəsi yekunlaşıb

“İRƏLİ” Tədqiqatlar və İnnovasiya Mərkəzi tərəfindən start verilən “Find Your Way” layihəsinin bağlanış mərasimi keçirilib.
“İRƏLİ” Gənclik Mərkəzində baş tutan layihənin bağlanış mərasimində iştirak edən “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev layihənin əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzu edib.
Daha sonra aktivliyi ilə seçilən iştirakçılara sertifikatlar təqdim edilib.
Layihə müddətində 30 iştirakçı 5 komandada mübarizə aparıblar. İştirakçılar komanda şəklində layihələr hazırlayaraq təqdim ediblər. Bir neçə mərhələdən ibarət olan layihədə “New Breath” komandası qalib olub.
Qeyd edək ki, hər bir komandanın təqdim etdiyi layihələr həmin komanda iştirakçıları tərəfindən yaxın müddətdə icra olunacaq.
Xatırladaq ki, layihənin əsas məqsədi “İRƏLİ” İctimai Birliyinə yeni üzv olan gəncləri aktiv fəaliyyətə cəlb etmək olub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !