FƏNLƏRİN DOSTLUĞU OLİMPİADASI - 4 -

FƏNLƏRİN DOSTLUĞU OLİMPİADASI - 4

IV Fənlərin Dostluğu Olimpiadasınının mükafatlandırma mərasimi


AZpress.AZ xəbər verir ki,dekabr ayının 28-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə 9 və 10-cu sinif şagirdləri arasında keçirilən IV Fənlərin Dostluğu Olimpiadasında (FDO-4) yüksək nəticə göstərən şagirdlərin mükafatlandırma mərasimi keçirilib.Onlayn formada www.inteqrasiya.az saytında qeydiyyatdan keçən 1141 şagirddən 856 nəfəri olimpiadada iştirak edib.
Təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında fənlərarası inteqrasiyaya xüsusi diqqət yetirilir.Bunu nəzərə alan HƏDƏF kurslarının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan bu layihə artıq 4-cü ildir ki,keçrilir.
İdeya müəllifi və təsisçisi BPKİYİ-nin dosenti,f.ü.f.d Şəmil Sadiq olan Keçirilməsində məqsəd fənlərarası əlaqəni,fənlərin biri-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək şagirdlərin istedadını müəyyənləşdirməkdir.
Ənənvi olaraq hər il keçirilən bu olimpiada təhsil ictimaiyyəti və şagirdlərin böyük marağına səbəb olur.Olimpiadada iştirak edən şagirdi Azərbaycan dili fənni ilə inteqrasiya olunmuş fizika,kimya,riyaziyyat,biologiya və coğrafiya fənlərinə aid suallar qarşılaşır.Sualları cavablandırmaq üçün isə şagird bir neçə fənni bilməlidir.Layihə inteqrativ qiymətləndirmə yolu ilə şagirdlərin bütün fənlərə marağını artırmağı nəzərdə tutur.
22 dekabrda keçirilən Fənlərin Dostluğu Olimpiadasında Azərbaycanın bütün bölgələrindən olan şagirdlər iştirak edib və biliklərini sınağa çəkiblər.
Birinci yeri tutan Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyin şagirdi Günay Zamanovaya Portmanat kartı,”Medika Hospitalda” pulsuz müayinə və Buta Sığortadan planşet qazanmaqla yanaşı Hədəf kurslarında ödənişsiz təhsil ala biləcək.
İkinici yer sahibi olan İmişli rayonu Xubyarlı kənd tam orta məktəbin şagirdi Ruzigar Şirinova isə Hədəf Kurslarında 75% güzəştli təhsil,Portmanat kartı,”Medika Hospitalda” güzəştli müayinə və Buta Sığortadan planşet,Kitabevim.azdan kitab dəsti təqdim olunub.
Üçüncü yeri tutmuş Bakı şəhəri Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin şagirdi Lalə Rzayevaya isə Hədəf Kurslarında 50% güzəştli təhsil,Portmanat kartı,”MedikaHospital”da güzəştli müayinə kuponu ,Buta Sığortadan planşet və Kitabevim.azdan kitab dəsti təqdim olunub.
4-20-ci yerləri tutanlar Hədəf Kurslarında 25% güzəştlə təhsil imkanı,Kitabevim.azdan kitab dəsti əldə ediblər.
Yüksək nəticə göstərən şagirdlərin məktəbləri və müəllimləridə mükafatlandırılıb.Suallar Azərbaycan dili əsasında hazırlandığı üçün,ilk üç yeri tutan şagirdlərin Azərbaycan dili müəllimlərinə planşet ,məktəblərinə isə qiymətli hədiyyə təqdim edilib.
Layihənin təşkilatçıları Hədəf Kursları,Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası,Həmrəy Gənclərin Maarifləndiriliməsinə Dəstək İctimai Birliyi,Qorqud Ocağı Təhsil və Mədəniyyət İctimai Birliyidir.
Fotomüxbir:ŞƏMSİ ƏLYAROĞLU(AZpress.AZ)

 


FƏNLƏRİN DOSTLUĞU OLİMPİADASI - 4

 

 FƏNLƏRİN  DOSTLUĞU  OLİMPİADASI - 4

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !