Gəncədə İRƏLİçilər üçün təlimlər keçirilib -

Gəncədə İRƏLİçilər üçün təlimlər keçirilib

7 dekabr 2013-cü il tarixində “İRƏLİ” Tədqiqatlar və İnnovasiya Mərkəzinin rəhbəri Murad Ağabəyli və “İRƏLİ” İqtisad Mərkəzinin rəhbəri Mahmud Məmmədzadə Gəncədə İRƏLİçilər ilə görüşüb.
50-dən çox təşkilat üzvünün iştirakı ilə baş tutan görüş təlimlərlə start götürüb. İlk olaraq iştirakçılara “Könüllülük” daha sonra “Komanda işi” mövzusunda təlim keçirilib. Təlimlərdən sonra iştirakçılar komandalara bölünüb, tapşırılan komanda işlərini yerinə yetiriblər. İştirakçılarla komanda işinin inkişafına yönələn müxtəlif oyunlar oynanılıb.
Daha sonra iştirakçılarla fikir mübadiləsi aparılıb, yeni ideyalar, təkliflər səsləndirilib. Həmçinin iştirakçılarla Gəncə şəhərinə gəzinti təşkil olunub.
Qeyd edək ki, bu səpkidə görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !