İRƏLİ İdman Mərkəzi əməkdaşlıqla bağlı memorandum imzalayıb -

“İRƏLİ” İdman Mərkəzi əməkdaşlıqla bağlı memorandum imzalayıb

“İRƏLİ” İdman Mərkəzi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsi arasında 1illik əməkdaşlıqla bağlı memorandum imzalanıb.
Görüşdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmir Zeynalov, “İRƏLİ” İdman Mərkəzinin rəhbəri İsa Muradov, Korporativ sektorla əlaqələr üzrə katib Niyaz Əliyev və “İRƏLİ” İctimai Birliyinin Əmək və Sosial Münasibətlər Akademiyası üzrə koordinatoru Abidin Sarıyev iştirak ediblər.
Memorandum Azərbaycanda idman sahəsinin inkişafına töhfə vermək, bu sahədə kadr hazırlığının gücləndirilməsi, gənclərin daha geniş məlumat və biliklərə yiyələnməsi, fan klub olaraq yığmamıza dəstək olmanı təmin etmək üçün atılan addımlardan biridir.
Memorandum “İRƏLİ” İdman Mərkəzinin rəhbəri İsa Muradov və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmir Zeynalov tərəfindən imzalanıb.
Görüşdə qarşılıqlı fəaliyyət nəticəsində artıq bir neçə təkliflər səsləndirilib. Yaxın günlərdə hər iki qurumun birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn bir neçə layihələr gənclərə təqdim olunacaq.
Qeyd edək ki, “İRƏLİ” İdman Mərkəzi qurduğu əməkdaşlıqlar sayəsində bir çox uğurlara imza ataraq idman sahəsində yeniliklər etməyə davam edir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !