Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlıqla bağlı müqavilə imzalanmışdır -

Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlıqla bağlı müqavilə imzalanmışdır

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında müqavilə imzalanmışdır. Müqavilə Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanmasını və Azərbaycan Respublikasının dövlət standartları kimi qeydiyyata alınmasının təmin edilməsini əhatə etməkdədir.
Müqavilə predmeti olan layihə çərçivəsində institut mütəxəssisləri tərəfindən NQNK-nın inşası zamanı tətbiq olunacaq tikinti sahəsi üzrə beynəlxalq və regional standartlar, həmçinin NQNK-nın gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində neft, qaz və kimya sahələri üzrə beynəlxalq və regional standartların aktuallığı araşdırılacaq, Azərbaycan dilinə tərcümələri təmin olunmuş standart layihələri linqvistik, orfoqrafik və dövlət standartlaşdırma sisteminə uyğunluğu üzrə ekspertizası aparılacaq.
Layihənin birinci mərhələsinin müddəti 2 il təşkil edir. Ümumilikdə layihənin müddəti 8 ilə yaxındır və layihə çərçivəsində minə qədər beynəlxalq və regional standartlar əsasında milli standartların hazırlanması planlaşdırılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !