İRƏLİ İctimai Birliyi Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb -

“İRƏLİ” İctimai Birliyi Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb

1 Dekabr tarixində “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev Gürcüstanda fəaliyyət göstərən Azərbaycanın Mədəniyyət Mərkəzinin dəvəti ilə qonşu ölkəyə səfər edib.
Səfər müddətində əsasən azərbaycanlıların yığcam yaşadıqları Marneuli bölgəsində fəaliyyət göstərən Marneuli Gənclər Evinin və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olub, gənclərlə görüş keçirilib.
Səfər çərçivəsində “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev və ASAIF sədri Ramin Həkimovun yerli gənclərlə görüşü keçirilib. Görüşdə iştirak edən 200 nəfərdən artıq gəncə Azərbaycanın gənclər siyasəti, qeyri-hökumət təşkilatlarının fəaliyyəti barədə ətraflı məlumat verilib. Görüşdə çıxış edən Rauf Mərdiyev bu səfərdən sonra Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə bağlı miqyaslı layihələrin start götürəcəyinə ümidvar olduğunu bildirib.
Çıxışlardan sonra “İRƏLİ“ İctimai Birliyinin sədri Rauf Mərdiyev və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin sədri Nərgiz Əliyeva tərəfindən iki təşkilat arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin fəallığının yüksəldilməsi istiqamətində sistemli işlərin həyata keçirilməsi nəzərdə tutulur. Görüşün sonunda gənclərin çoxsaylı sualları cavablandırılıb.
Eyni zamanda, “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin nümayəndəsi Hüseyn Məmmədov tərəfindən Twitter təlimi keçirilib. Həmçinin Xəzər İntellektual Klubunun dəstəyi ilə gənclər arasında “Nə? Harada? Nə zaman?” oyunu baş tutub. Oyunun qalibi olmuş komandaya kubok və hədiyyələr təqdim edilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !