İRƏLİ sədri III Beynəlxalq Gənclər Forumununda iştirak edib -

“İRƏLİ” sədri III Beynəlxalq Gənclər Forumununda iştirak edib

26-28 noyabr tarixlərində Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” III Beynəlxalq Gənclər Forumu keçirilib.
Forumda Azərbaycanı Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti təmsil edib.
Heyətdə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, birliyin İnformasiya Texnologiyaları Mərkəzinin meneceri Arxay Fərəcli və Turizm Klubunun rəhbəri Ülviyyə Qəhrəmanlı iştirak ediblər.
Forum çərçivəsində Rauf Mərdiyevin moderatorluğu ilə “Gənclər təşkilatlarının fəaliyyəti” paneli baş tutub. Paneldə müzakirələr nəticəsində forumun yekun bəyanatına təkliflər edilib.
Forum müddətində Rusiyanın gənclərlə işləyən dövlət orqanları, hökumət nümayəndələri, qeyri-hökumət təşkilatları rəhbərləri ilə görüşlər keçirilib, forumun əhəmiyyətindən danışılıb, hər iki ölkənin gənclər siyasəti, gənclər təşkilatlarının fəaliyyəti haqda məlumat verilib, eyni zamanda qarşılıqlı əməkdaşlıq müzakirə edilib.
Həmçinin forumun sonunda hər iki ölkənin istedadlı gənc musiqiçilərinin iştirakı ilə mədəni gecə təşkil edilib.
Forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaq olub.
Qeyd edək ki, forum Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), Rusiyanın Təhsil və Elm Nazirliyi, Çeçenistanın Gənclər Nazirliyi və Rusiyanın Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə baş tutub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !