AvtoSfera 3 layihəsinin açılış mərasimi keçirilib -

“AvtoSfera 3” layihəsinin açılış mərasimi keçirilib

“NURGUN Motors” şirkətinin Nissan Satış Mərkəzində "İRƏLİ" İctimai Birliyi, Dövlət Yol Polisi İdarəsi, “NURGUN Motors" şirkəti, “STEP” Xanımlar üçün Professional Sürücülük Məktəbi və “Modern Marketing Group” şirkətinin birgə əməkdaşlığı ilə start verilən "AvtoSfera 3" layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində ilk olaraq çıxış edən "İRƏLİ" İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov layihənin gənclər arasında geniş marağa səbəb olduğunu vurğulayıb.
"NURGUN Motors" şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə şöbə müdiri Reala İsazadə gənclər üçün belə layihələrin keçirilməsinin vacibliyini bildirib və qeyd edib ki, “NURGUN Motors” şirkəti hər zaman gənclərə dəstək olmağa hazırdır.
“STEP” Xanımlar üçün Professional Sürücülük Məktəbinin direktoru və eyni zamanda “AvtoSfera 3” layihəsinin təlimçisi Sahil Quliyev yol hərəkəti qaydalarını bilən sürücülərin az olmasını, yetişməkdə olan gənc nəslin bu sahədə daha çox maariflənməli olduğunu qeyd edib.
Layihə rəhbəri Nərgiz Qurbani bildirib ki, “AvtoSfera 3” layihəsi gənclər üçün bu sahədə təməl bilikləri almaq üçün çox məhsuldar layihədir.
“AvtoSfera 3” layihəsinin açılış mərasimində həmçinin “AvtoSfera 2” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, AvtoSfera 3” layihəsinin əsas məqsədi sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək, yol təhlükəsizliyin təmin olunması istiqamətində məlumatlılığın artırılmasıdır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !