"Sağlam Gənclik-10 il" layihəsinin bağlanış mərasimi keçirilib -

"Sağlam Gənclik-10 il" layihəsinin bağlanış mərasimi keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər İdman İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi, “İRƏLİ” İdman Mərkəzi və Tibb Klubunun birgə təşkilatçılığı ilə keçirilən "Sağlam Gənclik-10 il" layihəsinin bağlanış mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan “İRƏLİ" Tibb Klubunun rəhbəri Aytac Kərimli 2 ay ərzində layihə çərçivəsində keçirilən seminarlar və ekskursiyalar haqda ümumi məlumat verib. Daha sonra iştirakçılara layihə haqqında hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə iştirak edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova gənclərin inkişafı üçün yaradılan şəraitdən, həyata keçirilən tədbirlərdən, rayon ərazisində inşa edilən idman kompleksləri və Gənclər mərkəzindən söhbət açıb. Eyni zamanda “İRƏLİ” İctimai Birliyi ilə Binəqədi rayonunun birgə keçirdiyi layihələrdən danışıb və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini bildirib.
"İRƏLİ" İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xaqani Fərəcov çıxışında hal-hazırda bu tip layihələrin keçirilməsinin vacibliyini qeyd edib. Həmçinin bildiridb ki, "İRƏLİ" İctimai Birliyi fəaliyyətində hər zaman gənclər arasında sağlam həyat tərzinin təbliğ olunmasına önəm verir.
“İRƏLİ” İdman Mərkəzinin rəhbri və “Sağlam Gənclik-10 il“ layihəsinin rəhbəri Niyaz Əliyev layihənin gözlənildiyi kimi gənclər arasında böyük marağa səbəb olduğunu bildirib və gələcəkdə bu tip layihələrin keçiriləcəyini qeyd edib.
Tədbirin sonunda layihə iştirakçılarına uğurlu iştiraka görə sertifikatlar təqdim edilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !