İRƏLİ nin PR School təlimləri davam edir -

“İRƏLİ”nin “PR School” təlimləri davam edir

“İRƏLİ” İctimai Birliyi və Hajizade Group şirkətinin birgə əməkdaşlığı ilə “PR School” layihəsi artıq bir aydan çoxdur davam edir.
“İRƏLİ” Gənclik Mərkəzində baş tutan layihə çərçivəsində hər həftə təlimlər keçirilir.
PR mütəxəssisləri Əli Hacızadə, Vüqar Baba və Vüqar Adıgözəlov tərəfindən layihə iştirakçılarına “Dövlət PR-ı” , “MPR və CPR” , “Statistika və Siyasi PR” , “PR Reklamları” , “Qara PR” , “Siyasətçilər və Sosial Şəbəkələr” və “Sosial Şəbəkələrdə PR” və s. mövzularda ətraflı məlumat verilib. Eyni zamanda mövzuya aid slayd və videolar nümayiş etdirilir.
Həmçinin “Müasir Azərbaycan Gəncləri” televiziya verilişi tərəfindən “PR School” layihəsinin çəkilişi aparılıb və iştirakçıların layihə ilə bağlı təəssüratları öyrənilib. Daha sonra Hajizadə Group şirkətinin rəhbəri Əli Hacızadə, layihə meneceri Nərgiz Qurbani və iştirakçılar verilişin qonağı olub.
Qeyd edək ki, “PR School” layihəsi çərçivəsində təlimlər başa çatdıqdan sonra, iştirakçılar imtahan verəcək. İmtahanı uğurla keçən şəxslər diplom, bütün iştirakçılara isə sertifikatlar təqdim olunacaq. Layihənin əsas məqsədi gənclərin gələcək peşələrində bu sahənin geniş tətbiqinə imkan yaratmaq, ictimaiyyətlə əlaqələr haqqında təlimlər keçərək, onlara bu sahədə lazım olan təməl bilikləri verməkdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !