İRƏLİ beynəlxalq müsabiqədə tərəfdaş qismində iştirak edib -

“İRƏLİ” beynəlxalq müsabiqədə tərəfdaş qismində iştirak edib

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin təşkilati dəstəyi ilə “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi (IX Azərbaycan Çempionluğu) keçirilib. Tədbirdə "İRƏLİ" İctimai Birliyini "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzinin meneceri Rüstəm Həsənov təmsil edib.
Qafqaz Universitetində keçirilən müsabiqədə 11 universitetdən 48 komanda iştirak edib. Nəticələrə əsasən Qafqaz Universitetinin Baku Qafqaz U 3 komandası I, Baku Qafqaz U 2 komandası II, Moskva Dövlət Universitetinin Bakı filialının BakuMSU1 komandası III yerə layiq görülüb. Baku Qafqaz U 1, Baku Qafqaz U 7 komandaları II dərəcəli diplomlarla, Baku Qafqaz U 4, BSU6, Baku MSU2, Baku Qafqaz U 11, Baku SU-1, Baku Qafqaz U 6 komandaları isə III dərəcəli diplomlarla təltif ediliblər.
Müsabiqənin nəticələrinə əsasən Qafqaz Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən 10 komanda 30 noyabr - 1 dekabr 2013-cü il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak edəcəklər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !