Sosial Media Akademiyası layihəsi yekunlaşıb -

“Sosial Media Akademiyası” layihəsi yekunlaşıb

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin təqdim etdiyi “Sosial Media Akademiyası” layihəsinin bağlanış mərasimi keçirilib.
Qeyd edək ki, Cənab Prezident tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texologiyaları ili" elan edilməsi ilə əlaqədar "İRƏLİ" İctimai Birliyi İKT sahəsində gənclərin fəallığının artırılması istiqamətində fəaliyyətini gücləndirib.
“Sosial Media Akademiyası” layihəsi fəaliyyət planına daxil olan layihələrdən biridir. Layihənin məqsədi gənclərin sosial media və onun yaratdığı imkanlar haqda məlumatlandırılması, sosial təşəbbüslər və layihələrin yeni media resursları ilə inteqrasiyası, sosial media alətlərindən effektiv istifadə vərdişlərinin formalaşdırılmasından ibarət olub.
Layihə çərçivəsində iştirakçılara aparıcı ekspertlər tərəfindən təlim, seminarlar keçirilib, görüşlər təşkil edilib.
Yekun olaraq layihəni uğurla bitirən iştirakçılara “İRƏLİ” İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xaqani Fərəcov tərəfindən diplomlar təqdim olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !