İRƏLİ Radiodan gənclər üçün yeni imkanlar -

“İRƏLİ” Radiodan gənclər üçün yeni imkanlar

"İRƏLİ" İctimai Birliyi və “1News” İnformasiya Agentliyinin birgə layihəsi olan İRadio yeni mövsümdə yeni heyət və formatda verilişlərlə fəaliyyətinə başlayıb.
Yeni format və heyətlə fəaliyyətə başlayan İRadio qəbul élan edir. Belə ki, İRadio özünü aparıcı, proqram müəllifi və redaktoru kimi sınamaq istəyən gənclər üçün əlverişli imkan yaradır.
Bu sahəyə marağı olan hər bir gənc özünü İRadioda sınaya bilər. Namizədlər üçün əsas şərtlər kreativ və yaradıcı təfəkkürün olması, azərbaycan və ya rus dillərində səlis, ləhcəsiz və kifayət qədər söz ehtiyatına malik danışıq tərzidir.
İRadionun yaratdığı imkandan yararlanmaq və öz müəllif proqramlarını reallaşdırmaq istəyən şəxslər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən elektron layihə formasını doldurub CV-i ilə birlikdə info@iradio.az ünvanına göndərərək müraciət edə bilərlər.
Qeyd edək ki, İRadio 10 oktyabr 2010-cu ildən fəaliyyət göstərir. Dinləyicilər 24 saat fəaliyyət göstərən radioda ( http://www.iradio.az/ ) həftə ərzində efirə gedən "İrəlidə", "Günün qəhrəmanı", "Həftə Analitikası", “1Onluq", "Harmoniya", "Buta" və s. verilişləri dinləyə bilərlər. Həmçinin ayrı-ayrı sahələrin peşəkar mütəxəssisləri, tanınmış simalar radionun qonağı olur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !