Genocide Almanax kitabının təqdimat mərasimi keçiriləcək -

“Genocide Almanax” kitabının təqdimat mərasimi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi tərəfindən hazırlanmış “Genocide Almanax” kitabının təqdimat mərasimi keçiriləcək.

“Genocide Almanax” kitabında əsrimizin əvvəllərindən indiyə qədər xalqımızın başına gətirilmiş faciələrə dair tanınmış ziyalıların, gənc qələm sahiblərinin və tədqiqatçıların yazıları cəmlənib.
“Gənc yazarlara dəstək” layihəsi çəçivəsində nəşr olunan “Genocide Almanax” kitabının təqdimat mərasimi 7 noyabr tarixində, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyində baş tutacaq. Mərasimdə millət vəkilləri, elm adamları, yazıçılar, tarixçilər, eyni zamanda gənclər iştirakı edəcəklər.
Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyinin tərəfindən bu günə kimi gənc yazarların fəaliyyətinin dəstəklənməsi istiqamətində 20-dən artıq kitab layihəsi həyata keçirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !