İRƏLİ nümayəndələri Azərbaycanı Gürcüstanda təmsil edib -

“İRƏLİ” nümayəndələri Azərbaycanı Gürcüstanda təmsil edib

“İRƏLİ” İctimai Birliyinin üzvləri Emin Nəcəfzadə, Nigar Şirəlizadə və komanda rəhbəri İsa Muradov 18-25 oktyabr tarixlərində Gürcüstanda keçirilən "Democraty; Majority Rules" gənclərin təcrübə mübadiləsi proqramında iştirak ediblər.
Ümumilikdə 7 ölkənin (Azərbaycan, Litva, Türkiyə, Hollandiya, Ukrayna, Gürcüstan, Ermənistan) iştirak etdiyi proqramda komandalar təlim, seminar və qrup işlərində aktiv iştirak ediblər. Eyni zamanda proqram çərçivəsində iştirakçılar Gürcüstanın “Qartlosi” Gənclər Təşkilatı ilə də yaxından tanış olublar.
Azərbaycanı Gürcüstanda təmsil edən “İRƏLİ” nümayəndələri Azərbaycanda aparılan uğurlu gənclər siyasəti, eyni zamanda “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti haqda geniş məlumat verib, tədbir iştirakçılarına hədiyyələr təqdim ediblər.
Həmçinin tədbir çərçivəsində hər bir ölkənin mədəniyyət gecəsi keçirilib. Nümayəndə heyəti tərəfindən Azərbaycan gecəsi də təşkil edilib və gecədə Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi təqdim olunub.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !