İRƏLİ Avtosfera 3 layihəsinə start verir -

“İRƏLİ” “Avtosfera 3” layihəsinə start verir

“İRƏLİ” İctimai Birliyi “NURGUN Motors” Şirkəti, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi və “STEP” Xanımlar üçün Professional Sürücülük Məktəbinin birgə əməkdaşlığı ilə “Avtosfera 3” layihəsinə start verir.
Layihənin keçirilməsində əsas məqsəd gəncləri yol hərəkət qaydaları haqqında məlumatlandırmaq, sürücülük vəsiqəsi almaq istəyən gəncləri imtahana hazırlamaq və yol hərəkəti mədəniyyətinin səviyyəsini yüksəltməkdən ibarətdir.
“Avtosfera 3” layihəsi 3 ay müddətində davam edəcək. Layihə nəzəri və praktiki təlimlərdən ibarət olacaq və layihədə ümumilikdə 55 nəfər iştirak edəcək. İştirakçı bölgüsü üç qrup üzrə aparılacaq. Hər bir iştirakçı həftədə 2 dəfə olmaqla nəzəri təlimlərdə iştirak edəcək. Layihə boyunca iştirakçılar təlimçi tərəfindən “Yol hərəkəti qaydaları” haqqında ətraflı məlumat alacaq və həftədə bir dəfə “NURGUN Motors” şirkətinin rəsmiləri ilə görüşlər keçiriləcək.
Daha sonra, layihə iştirakçıları DYP təşkil etdiyi nəzəri imtahan mərhələsində iştirak edəcək və nəzəri imtahanı uğurla başa vuran şəxslər “NURGUN Motors” şirkətinin təqdim etdiyi avtomobillə praktiki təlimlərdə iştirak etmək hüququ qazanacaqlar. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
“Avtosfera 3” layihəsində iştirak etmək istəyən şəxslər 3 Noyabr tarixinə kimi “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən elektron müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !