İRƏLİ nümayəndəsi Rusiyada keçirilən konfransda iştirak edib -

“İRƏLİ” nümayəndəsi Rusiyada keçirilən konfransda iştirak edib

“İRƏLİ” İctimai Birliyinin İnsan Resursları üzrə meneceri Niyaz Əliyev Rusiyanın Moskva şəhərində keçirilən Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konfransda iştirak edib.

Konfrans Azərbaycan Mədəniyyəti Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOP) təşkilatçılığı ilə baş tutub.

İlk olaraq mərkəzin rəhbəri Nigar Mustafayeva hər kəsi Müstəqillik günü münasibəti ilə təbrik edib, daha sonra Azərbaycanın qazandığı nailliyyətlərdən söz açıb və mərkəzin fəaliyyəti haqda qonaqları ətraflı məlumatlandırıb.

Konfransın moderatoru Tarix elmləri namizədi Natiq Əliyev isə Azərbaycanın müasir tarixi barədə konfrans iştirakçılarına məlumat verib.

Konfransda həmçinin diaspora nümayəndələri və Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !