Səs Ver kampaniyasının fəaliyyəti ilə bağlı konfrans keçirilib -

“Səs Ver” kampaniyasının fəaliyyəti ilə bağlı konfrans keçirilib

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə "İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən "Səs Ver" kampaniyasının fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov layihəni yüksək dəyərləndirib: “Bu layihə bizim gözlədiyimizdən də yaxşı nəticə verdi. Belə ki, bu işlə məşğul olan gənclər çox böyük məharətlə hər şeyin öhdəsindən gəldilər”.
R.Qasımov bildirib ki, layihənin ən mühüm hissəsi sabah olacaq: “Çünki indiyədək ilk dəfə səs verəcək seçici gənclərimiz nəyisə soruşurdularsa sabah artıq onlar birbaşa bu prosesdə iştirak edəcəklər”.
Daha sonra "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev əsas məqsədi prezident seçkilərində gənclərin seçki prosesinə fəal şəkildə cəlb olunması olan layihə çərçivəsində görülən işlər barəsində danışıb.
R.Mərdiyev vurğulayıb ki, layihə çərçivəsində gənclər arasında, eyni zamanda bütün sosial şəbəklərdə aktiv işlər aparılıb, xeyli sayda xəbərlər və fotolar paylaşılıb: “Facebookda paylaşılan xəbərlərə 650 min baxış sayı, Twitterdə 125 min, Instagramda paylaşılan şəkillərə isə 80 min baxış sayı olub, "Youtube" da 140 min nəfər kampaniya çərçivəsində hazırlanan videolara baxıb”.
"İrəli" İB-nin sədri bildirib ki, kampaniya ölkədə bir çox ilklərə imza atdı: “Kampaniya çərçivəsində www.sesver.az saytı fəaliyyətə başlayıb, "Səs Ver" mahnısı yazılıb və klip təqdim edilib. Ali təhsil müəssisələrində və bölgələrdə "Səs Ver" təlimləri keçirilib. Məlumatlandırıcı kitablar hazırlanıb, "Səs Ver" Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin aksiyalar təşkil edilib və seçki haqqında gənclərə məlumatlandırıcı kitabçalar paylanılıb. İnanıram ki, sabah hər bir gənc seçkidə fəal iştirak edəcək”.
Qeyd edək ki, ümumilikdə bu il 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək və onlardan 2 milyon nəfəri, yəni, 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə Prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.
Layihənin məqsədi seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !