Avropa Parlamentinin Prezidenti Ceyhun Osmanlıya cavab məktubu ünvanlayıb -

Avropa Parlamentinin Prezidenti Ceyhun Osmanlıya cavab məktubu ünvanlayıb

Bildiyiniz kimi, Milli Məclisin deputatı Ceyhun Osmanlı Avropa Parlamentinin prezidenti Martin Şultsa müraciət etmişdir.
Müraciət ABŞ Milli Təhlükəsizlik Agentliyinin Böyük 20-lik ölkə liderlərinin “G20” sammitinə qatılmaq məqsədilə Londona səfərləri zamanı telefon danışıqlarını dinləməyə cəhd göstərməsi ilə bağlı olub.
Müraciətdə qeyd edilirdi: “Avropa Parlamenti hər zaman Gürcüstan, Türkiyə, Azərbaycan və s. kimi ölkələrdə baş verən hadisələrə dərhal öz mövqeyini bildirir. Amma nədənsə bu analoji hadisə ilə bağlı baş vermiş hüquq pozuntusuna səssiz qalır”.
Avropa Parlamentinin Prezidenti Martin Schulz qeyd olunan məsələ ilə bağlı Millət vəkili Ceyhun Osmanlıya cavab məktubu ünvanlayıb.
Məktubu nəzərinizə çatdırırıq:
Hörmətli Ceyhun müəllim,
Mən, bizim diqqətimizi The Guardian – qəzetində vurğulandığı ABŞ-ın Milli Təhlükəsizlik Angetliyinin telefon danışıqlarının dinlənilməsi məsələsinə yönəltdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.
Sizin “Avropa Parlamenti bəzi səbəblər üzündən vurğulanan məsələ ilə əlaqədar susur” fikrinizə əks olaraq söyləmək istəyirəm ki, Avropa Parlamenti 11 İyun tarixində Strasburqda qaldırılan məsələ ilə əlaqədar olaraq təcili müzakirələr təşkil etmişdir. Bildirmək istərdim ki, adı çəkilən debatda parlament üzvləri bu mövzu ilə əlaqədar olaraq Avropa Komissiyasının nümayəndələri və siyasi qruplarının fikirlərini dinləmişdir. Bildirmək istərdim ki, bu dinləmələr elektron formatda mövcuddur.
Bundan başqa qeyd etməyə dəyər ki, Avropa Parlamenti özünün 13 İyun tarixində qəbul olunmuş “Avropa Birliyinin daha geniş Transatlantik Əməkdaşlıqdakı rolu” qətnaməsində “PRİSM”nın müşahidə sxeminə dair qəti narahatlığını bildirmişdir.
Bu qətnamənin 8-ci paraqrafında bildirilir ki, Avropa Parlamenti
“ABŞ-ın PRİSM  proqramı çərçivəsində informasiya toplaması, müşahidələr aparması və bununla da Avropa Birliyi vətəndaşlarının sivil haqlarına vurula biləcək ziyanla əlaqədar ciddi narahatlığını bildirir. Bununla da Avropa Birliyi 14 İyun tarixində bu məsələnin Avropa Birliyi və ABŞ arasındakı nazirlər görüşündə müzakirə olunmasına çağırır. Bildirmək lazımdır ki, Avropa Birliyi tərəfindən qəbul olunmuş Sərnişin Adlarının Qeydiyyatı Razılığı və Terroristlərin Maliyyə Qaynaqlarının İzlənilməsi Razılığı artıq qüvvədədir. Bu razılıqlar İnformasiya Təhlükəəsizliyi və Muhafizəsi Razılığını tənzimləyir. Bununla da informasiya təhlükəsizliyinin şəffaf təmin olunması məsləsində rol oynayır”
Bundan əlavə Avropa Birliyinin Vətəndaş Azadlıqları və Hüquq Komitəsi Komisar Bibian Redinglə fikir mübadiləsi aparmış və o, Avropa Birliyi və ABŞ Sammiti barədə danışmış və informasiya təhlükəsizliyi qanun layihəsi haqda “PRİSM insidenti informasiya təhlükəsizliyində tutarlı qanun layihəsinin qəbulunun vacibliyi” fikrini vurğulamışdır.
İyulun 8-də Avropa Parlamenti “ABŞ-ın Milli Təhlükəsizlik Agnetliyinin müşahidə proqramı, müxtəlif Avropa Birliyi ölkələrindəki müşahidə aparan qurum və şəxslər və bunun Avropa Birliyi vətəndaşlarına təsiri” barədə qətnamə qəbul etmişdir. Bu qətnamədə PRİSM müşahidəsi proqramı pislənmiş və bu proqramın Avropa Birliyi nümayəndələri üzərində kəşfiyyat aparması yöndə ittiham irəli sürülmüşdür. Qətnamədə ABŞ rəsmilərinin sadalanan insidentlə bağlı tərəddüd etmədən məlumat vermələri tələb olunmuşdu. Avropa Parlamenti həmçinin bu tip proqramın bir sıra başqa ölkələrdə olması ehtimalı barədə də qəti narahatlıq bildirmiş və Avropa Parlamenti qanunvericiliyinə uyğun müvafiq araşdırma aparılmasını tələb etmişdi.
Qətnamədə deyildiyi kimi, Parlamentin Vətəndaş Hüquqları və Qanun Komitəsi və Daxili işlər üzrə Komitə ilin axırına kimi yekun qətnamənin qəbul olunması üçün Avropa Birliyi və ABŞ mənbələrindən məlumat toplanmasına başlayacaqlar. Bu araşdırma PRİSM çərçivəsində aparılan müşahidələrin Avropa Birliyi vətəndaşlarının qanunlarının, informasiya təhlükəsizliyinin və azadlığına ola biləcək təsirini də araşdıracaqdır.
Mən güman edirəm ki, yuxardakı məlumat Avropa Birliyinin vurğulanan məsələdən narahat olmasını bildirdi və onun öz vətəndaşlarının hüquqlarının müdafiəsi yönündəki qətiyyətini nümayiş etdirdi. Belə ki, Avropa Birliyi vətəndaşlarının hüquqlarının təmini Avropa Parlamentinin əsas marağıdır. Bundan əlavə, Avropa Parlamenti sadalanan məsələnin beynəlalq konteksdə yarada biləcək əks səda barəsində də narahatdır.
Mən Sizə bu məsələ ilə bağlı marağınız və ən əsası Avronest Parlament Assambleyası çərçivəsindəki fəaliyyətinizə görə təşəkkür edirəm

Hörmətlə,
Martin Şülz Avropa Parlamentinin Prezidenti.

 

05.09.2013
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !