PR School layihəsinin açılış mərasimi keçirilib -

“PR School” layihəsinin açılış mərasimi keçirilib

3 oktyabr tarixində "İRƏLİ" İctimai Birliyi və "Hajizade Group" şirkəti tərəfindən Azərbaycanda gənclərin ictimaiyyətlə əlaqələr sahəsində biliklərinin artırılması və bu sahədə peşəkar kadrların hazırlanmasına töhfə vermək məqsədilə start verilən "PR School" adlı yeni layihənin açılış mərasimi keçirilib.
Layhənin təqdimat mərasimində çıxış edən "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev qeyd edib ki, layihəyə müasir dövrdə Azərbaycanda və dünyada ictimaiyyətlə əlaqələrə olan marağı, eləcə də ölkəmizdə bu sahənin mütəxəssislərinə ehtiyacı nəzərə alaraq start verilib: "Bizə gələn müraciətlərin çoxluğunu nəzərə alaraq "PR School" layihəsini həyata keçirməyi qərara aldıq. Ümid edirik ki,bu layihə nəticəsində uğurlu bir iş ərsəyə gələcək".
"Hajizade Group" şirkətinin rəhbəri Əli Hacızadə də qeyd edib ki, Azərbaycanda bu sahədə mütəxəssislərə ehtiyac var, ancaq hazırda onların sayı azdır: "Məhz bunu nəzərə alaraq belə bir layihənin həyata keçirilməsinə təşəbbüs etdik. İnanırıq ki, gənclərin layihə çərçivəsində əldə edəcəkləri biliklər onların gələcək peşəkar həyatlarında mühüm rol oynayacaq".
Layihə üzrə menecer Nərgiz Qurbani bildirib ki, “PR School” layihəsinin məqsədi gənclərin gələcək peşələrində bu sahənin geniş tətbiqinə imkan yaratmaq, ictimaiyyətlə əlaqələr haqqında təlimlər keçərək, onlara bu sahədə lazım olan təməl bilikləri verməkdir.
Qeyd edək ki, birgə həyata keçiriləcək layihə çərçivəsində 25 gəncə ölkənin aparıcı, təcrübəli PR və marketinq üzrə mütəxəssisləri, eləcə də media nümayəndələri PR fəaliyyətinin incəlikləri, xüsusiyyətləri haqqında məlumat verəcək, mövzu ilə bağlı təlimlər keçiriləcək. İki ay davam edəcək layihənin sonunda təlimləri uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !