Səs Ver Çağrı Mərkəzi fəaliyyətə başlayıb -

“Səs Ver” Çağrı Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs Ver” kampaniyası çərçivəsində “Səs Ver” Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
“Səs Ver” Çağrı Mərkəzi seçicilərin operativ məlumatlandırmasını həyata keçirəcək mərkəzdir. Mərkəzə daxil olan zənglər gənc peşəkarlar tərəfindən qeydə alınacaq və qısa bir zamanda cavablandırılacaq. “Səs Ver” Çağrı Mərkəzi istirahət günləri də daxil olmaqla, hər gün saat 8:00-dan 20:00-dək zəngləri qəbul edəcək.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, “Səs Ver” Çağrı Mərkəzi təşəbbüs olaraq Azərbaycanda bir ilkdir. “Kampaniyaya start verildiyi gündən etibarən müxtəlif layihələr keçirilir ki, bunlar arasında ən vaciblərindən biri “Səs Ver” Çağrı Mərkəzinin yaradılmasıdır. Çağrı Mərkəzi özlüyündə seçki ilə bağlı gənclərin suallarını operativ şəkildə cavablandıracaq bir mərkəzdir və burada çalışacaq insanların hamısı gənclərdir” – deyə Rauf Mərdiyev qeyd edib.
“Səs Ver” Çağrı Mərkəzi eyni zamanda gənc seçicilərin seçki ilə bağlı qarşılarına çıxan çətinliklər və sual doğuran məqamların tez bir zamanda həlli istiqamətində fəaliyyət göstərəcək. Mərkəz 9 Oktyabr tarixi də daxil olmaqla fəaliyyət göstərəcək. Seçki ilə bağlı sualı olan gənclər 0773-SESVER (0773737837) əlaqə vasitəsindən istifadə edə bilərlər.

 

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !