Ali təhsil müəssisələrində Səs Ver təlimlərinə start verildi -

Ali təhsil müəssisələrində “Səs Ver” təlimlərinə start verildi

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs Ver” kampaniyası çərçivəsində təlimlərə start verilib.
“Səs Ver” kampaniyası çərçivəsində Ali təhsil müəssisələrində keçirilən ilk təlim 30 sentyabr tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 300 gəncin iştirakı ilə baş tutub.
Növbəti təlim isə 1 oktyabr tarixində Bakı Dövlət Universitetində 100 nəfərə yaxın tələbənin iştirakı ilə keçirilib.
Təlim müddətində "Səs Ver" kampaniyasının təlimçiləri tərəfindən gənclərə seçki, seçki hüququ, seçki prosesi barədə ətraflı məlumat verilib, məlumatlandırıcı kitablar paylanılıb. Xüsusilə ilk dəfə səs verəcək gənclər səsvermə proseduru barədə ətraflı məlumatlandırılıblar.
Xatırladaq ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək və onlardan 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə Prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.
Qeyd edək ki, “Səs Ver” kampaniyasının məqsədi qarşıdan gələn seçkilərdə gənclərin fəallığının artırılması, seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !