İRƏLİ nümayəndə heyəti beynəlxalq tədbirdə təmsil olunub -

“İRƏLİ” nümayəndə heyəti beynəlxalq tədbirdə təmsil olunub

“İRƏLİ” İctimai Birliyinin 7 nəfərdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Pyatiqorsk şəhərində keçirilən Şimali-Qafqaz gənclər forumu “Maşuk-2013” iştirak edib.
Forum Rusiya Təhsil və Elm Nazirliyi, Gənclərlə iş üzrə Federal Agentliyi, Stavropol vilayətinin gənclərlə iş üzrə komitəsi, Rusiya Federasiyası Prezidentinin Şimalı-Qafqaz federal dairəsində səlahiyyətli nümayəndə aparatı tərəfindən təşkil olunub.
Tədbirdə qonaq qismində Azərbaycan, Ukrayna, Sloveniya və Çexiyadan nümayəndə heyətləri iştirak edib.
Forumda gənclər dövlət və özəl qurumların rəsmiləri ilə görüşüb, aktual mövzular üzrə təşkil olunan seminarlarda iştirak edib və diskussiyalar aparılıb.
Azərbaycan nümayəndə heyəti həmçinin idman proqlamlarında da iştirak edərək futbol turnirində ikinci yerə laiq görülüb. Eyni zamanda forum iştirakçılarına “İRƏLİ” haqda ətraflı məlumat verilib və Azərbaycan tarixini, mədəniyyətini əks etdirən hədiyyələr təqdim edilib.
Qeyd edək ki, forumun məqsədi siyasət, iqtisadiyyat, elm və innovasiya, ictimai kampaniyalar və kütləvi tədbirlər, vətəndaş təşəbbüskarlığı, incəsənət və yaradıcılıqla maraqlanan gənclərin şəxsi inkişafı, sosial-iqtisadi, ictimai-siyasi və etno-mədəni inkişafına tövhə vermək olub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !