İRƏLİ nin yaradılmasından 8 il ötür -

“İRƏLİ”nin yaradılmasından 8 il ötür

26 avqust 2005-ci il tarixində 6 nəfər gənc – Ceyhun Osmanlı, Fərhad Məmmədov, Elnarə Qəribova, Elnur Məmmədov, Röya Talıbova və Ziya Əliyevin təşəbbüsü ilə “İRƏLİ” Gənclər Hərəkatı yaradıldı.
“İRƏLİ” Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynayır və bu prosesə mühüm töhfələr verir. “İRƏLİ”nin missiyasının əsas məramı Azərbaycana, Azərbaycançılığa, milli mənafeyə xidmət etməkdir. Bu məqsədlə ölkəmizin inkişafına töhfə verməyi, layiqli vətəndaş kimi formalaşmağı, cəmiyyətdə öz potensialını səfərbər etməyi qarşısına məqsəd qoyan gəncləri ətrafına toplayan “İRƏLİ” artıq vətənpərvər, yenilikçi, kreativ gəncliyin əsas faəliyyət mərkəzlərindən biri kimi qəbul olunur.
"İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti boyunca bir sıra uğurlara imza ataraq Azərbaycan gəncliyinə xidmət edib və gəncliyin inkişafı üçün mühüm töhfələrini verib. Bununla da ölkənin ən fəal təşkilatlarından birinə çevrilməyə müvəffəq olub.
Qeyd edək ki, “İRƏLİ” regionun ən böyük peşəkar gənclər təşkilatıdır. “İRƏLİ”də 7 klub və 13 mərkəz fəaliyyət göstərir. Hal-hazırda 36 000 nəfərdən artıq gənc və 12 təşkilat “İRƏLİ”-yə üzvdür. “İRƏLİ”nin 2008-ci ildən bu günə qədər həyata keçirdiyi 300-dən artıq layihənin əhatə dairəsinə 180 000 nəfərdən çox insan daxil olub. Bununla yanaşı dünyanın 30-a yaxın ölkəsində əməkdaşlıq etdiyi təşkilatlar mövcuddur. Eyni zamanda “İRƏLİ” ölkədə İSO 9001 keyfiyyət sertifikatına malik yeganə təşkilatdır.
"İRƏLİ" İctimai Birliyi bu vaxt ərzində 4 əməkdaşlıq - Ümumrusiya Gənclər İttifaqı, İtaliyanın "Giovanni nel Mondo" təşkilatı, Ukrayna Gənclər Assambleyası və ABŞ-ın “Young Global Lidership Foundation” təşkilatı ilə memorandumu imzalayıb.
Qeyd edək ki, 2008-ci ildən 2012-ci ilə qədər “İRƏLİ” İctimai Birliyinin sədri Milli Məclisin deputatı Ceyhun Osmanlı olub.
2012-ci ilin 5 may tarixində keçirilən II hesabat-seçki konfransında Rauf Mərdiyev “İRƏLİ” İctimai Birliyinin yeni sədri seçilib.

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !