İRƏLİ gəncləri beynəlxalq layihələrə cəlb edəcək -

“İRƏLİ” gəncləri beynəlxalq layihələrə cəlb edəcək

“İRƏLİ” İctimai Birliyinin Beynəlxalq əlaqələr mərkəzinin təşkilatçılığı ilə 24 avqust, 2013-cü il tarixlərində “İRƏLİ” İctimai Birliyin ofisində“Activate yourself” lahiyəsi keçiriləcəkdir.
“Activate yourself” lahiyəsinin keçirilməsində əsas məqsəd gənclərin sosial faliyyətdə aktivliyinin artırılması, gənclərin beynəlxalq lahiyələrdə təcrübələrinin artırılması, eləcə də beynəlxalq proqramlar haqqında, xüsusilə Avropa İttifaqının Youth In Action(Gənclər Fəaliyyətdə) proqramı haqqında gənclərin məlumatlandırılmasıdır. Proqramda 2 müzakirə paneli olacaq.
Təlimçi bu mövzuda təcrübəli mütəxəssis Toğrul Ələkbərdir. Təlimçi Youth In Action üzrə Azərbaycan nümayəndəsidir, həmçinin 10-a yaxın beynəlxalq lahiyənin müəllifi və təşkilatçısıdır.
Lahiyədə 20 nəfər gəncin iştirakı nəzərdə tutulur. Lahiyədəki fəal iştirakı ilə seçilən gənclər 15-23 sentyabr tarixlərində planlaşdırılan “Start-Change-Develop” Beynəlxalq lahiyəsində iştirak hüququ qazanacaqlar. Bundan əlavə Beynəlxalq əlaqələr mərkəzində çalışmaq imkanı veriləcək. Seçimlərdə aşağıdakı kriteriyalar əsas götürüləcək:
1. Minimum pre-intermediate İngilis dili səviyyəsi
2. Beynəlxalq lahiyə və proqramlara maraqlı olmaq
3. Gələcəkdə bu sahədə işləmək potensialı
Layihədə iştirak etmək istəyən şəxslər 20 avqust, 2013-cü il tarixinə qədər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytına daxil olaraq online ərizə formasını dolduraraq müraciət edə bilər. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !