İRƏLİ İctimai Birliyi ali məktəb üzrə nümayəndələrin qəbulunu elan edir -

“İRƏLİ” İctimai Birliyi ali məktəb üzrə nümayəndələrin qəbulunu elan edir

“İRƏLİ” İctimai Birliyi 8 illik fəaliyyət nəticəsində sıralarında 30 000 nəfərdən artıq gənc cəmlənib. Təşkilatın üzvlərinin böyük əksəriyyəti ali məktəblərdə təhsil alan tələbələrdir. “İRƏLİ” İctimai Birliyinin Azərbaycanın müxtəlif bölgələrində yerləşən 32 ali təhsil müəssisəsində (universitet, institut, akademiya) nümayəndəliyi fəaliyyət göstərir. Ali təhsil müəssələrindəki nümayəndələr “İRƏLİ” İctimai Birliyi ilə təhsil müəssisə arasında əlaqələrin möhkəmləndirilməsi, “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti ilə bağlı məlumatların ali təhsil müəssisəsində təhsil alan tələbələrə daha operativ şəkildə çatdırılması və həmin tələbələrin keçirilən layihələrdə daha aktiv şəkildə iştirakını təmin etmək vəzifəsi daşıyır.
Ali təhsil müəssisəsi üzrə nümayəndələr, "İRƏLİ" İctimai Birliyinin təşkilatçılıq bacarığı və təcrübəsi olan fəal üzvləri sırasından seçilir və təşkilatın təhsil ocağında fəaliyyətinin təşkili məsələləri ilə məşğul olur.
Hər il olduğu kimi bu il də, yeni tədris ilinin başlanması ilə əlaqədar “İRƏLİ” İctimai Birliyi yeni ali təhsil müəssisəsi üzrə nümayəndələrin seçimlərinə start verir.
Əgər Siz "İRƏLİ" İctimai Birliyinin üzvüsünüz və ictimai fəaliyyətinizi daha fəal formada davam etdirmək istəyirsinizsə, o zaman 20 avqust 2013-cü il tarixinə qədər elektron ərizə formasını dolduraraq müraciət edə bilərsiniz.
“İRƏLİ” İctimai Birliyi ail məktəb üzrə nümayəndəsi olmaq üçün şərtlər:

• “İRƏLİ” İctimai Birliyinin üzvü olmaq
• Tələbə olmaq
• İctimai fəaliyyət təcrübəsinə malik olmaq
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !