İRƏLİ gənclərin sosial təşəbbüslərini həyata keçirəcək -

“İRƏLİ” gənclərin sosial təşəbbüslərini həyata keçirəcək

“İrəli” İctimai Birliyi gənclərin sosial təşəbbüslərinin həyata keçirilməsinə dəstək olacaq. Bu məqsədlə "İRƏLİ" Tədqiqatlar və Araşdırmalar Mərkəzi 15-17 Avqust tarixlərində “Sosial Təşəbbüslər Düşərgəsi” adlı layihə həyata keçirəcək.

3 gün davam edəcək layihədə gənclər bir araya gələrək müxtəlif sosial ideyaların müzakirəsi və təşəbbüslərin formalaşdırılması istiqamətində çalışacaqlar. Layihənin sonunda iştirakçılar tərəfindən təqdim olunmuş layihələr nəzərdən keçiriləcək və onlardan ən yaxşıları "İRƏLİ" İctimai Birliyi tərəfindən həyata keçiriləcəkdir. Düşərgədə 30 nəfər gəncin iştirakı nəzərdə tutulur.

“Sosial Təşəbbüslər Düşərgəsi”ndə iştirak etmək istəyən şəxslər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında (http://ireli.az/announcements/) yerləşdirilən elektron ərizə formasını 09 avqust 2013–cü il tarixinədək dolduraraq müraciət edə bilərlər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !