İlin sonuna kimi İRƏLİ 10 beynəlxalq tədbirin tərəfdaşı olacaq -

İlin sonuna kimi “İRƏLİ” 10 beynəlxalq tədbirin tərəfdaşı olacaq

Bu barədə açıqlamanı “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev verib. Rauf Mərdiyevin sözlərinə görə “İRƏLİ” ölkədaxili fəaliyyət ilə bərabər, gənclər siyasətinin prioritet sahələrindən olan beynəlxalq əməkdaşlıq sahəsinə də xüsusi diqqət ayırır.
“İRƏLİ” İctimai Birliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin xarici ölkələrin gənclər təşkilatları ilə qurduğu əlaqələr müxtəlif layihələrin icrası ilə davam edir. Belə ki, ilin sonuna kimi “İRƏLİ” İctimai Birliyi 10 beynəlxalq tədbirdə tərəfdaş qismində Azərbaycan gəncliyini təmsil edəcək. Bu tədbirlərdən ilki Latviyanın Daugavpils şəhərində 04-12 sentyabr 2013 tarixlərində keçiriləcək. “Volunteering - employment generator” adlı beynəlxalq tədbirdə “İRƏLİ” 6 nəfər nümayəndə ilə iştirak edəcək.
Avropa İttifaqının Gənclər fəaliyyətdə proqramı çərçivəsində keçiriləcək növbəti tədbir Moldovanın Kişinyov şəhərində 30 sentyabr - 7 Oktyabr, 2013-cü il tarixlərində baş tutacaq. “Media Laboratory” adlanan beynəlxalq təlimə “İRƏLİ” İctimai Birliyinin 3 nəfər nümayəndəsi qatılacaq. Təlim müddətində gənclərin media resuslarından effektiv istifadə edilməsi, yeni media imkanları haqda məlumat veriləcək və mövzu ətrafında müzakirələr aparılacaq.
“İRƏLİ”nin növbəti ortaq olduğu beynəlxalq layihə Gürcüstanın Bazaleti şəhərində 10-18 oktyabr 2013 tarixlərində baş tutacaq. “FORWARD in East” adlanan layihədə 10 ölkəni təmsil edən gənclər təşkilatlarının liderləri toplaşacaq. Gənclər gənclər siyasəti, gənclər təşkilatlarının fəaliyyətini müzakirə edəcək, bir neçə regional layihələr hazırlanacaq. Adı çəkilən tədbirdə “İRƏLİ” İctimai Birliyi 6 nəfər nümayəndə ilə təmsil olunacaq.
Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyinin dünyanın 30-a yaxın ölkəsində əməkdaşlıq etdiyi təşkilatlar mövcuddur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !