Rusiyalı gənclər İRƏLİ nümayəndələri ilə görüşüb -

Rusiyalı gənclər “İRƏLİ” nümayəndələri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə iyulun 23-dən 27-dək Rusiyanın bir qrup dövlət qulluqçuları, Uşaq və Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvləri, Gənclərin İctimai Palatası və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Azərbaycanda səfərdə olan nümayəndə heyəti 26 iyul tarixində “İRƏLİ” ictimai Birliyinin qonağı olub.
Nümayəndə heyətini “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri Xaqani Fərəcov qəbul edib.
Qonaqlar ilk olaraq “İRƏLİ” Gənclik Mərkəzi ilə tanış olub. Gənclərə təşkilatın məqsədi, strukturu, iş mexanizmi, layihələri barədə məlumat verilib və təşkilatın fəaliyyətini əks etdirən geniş təqdimat göstərilib.
Görüş zamanı qonaqlara Dövlət gənclər siyasəti, məqsəd və prinsipləri, istiqamətləri, istedadlı gənclərə dövlət qayğısı, gənclər sahəsində görülən işlər haqqında ətraflı məlumat verilib. Eyni zamanda gələcəkdə ortaq layihələrin həyata keçirilməsi və birgə əməkdaşlıq müzakirə olunub, qonaqları maraqlandıran suallar ərtaflı cavablandırılıb.
Sonda xatirə şəkili çəkdirilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !