İRƏLİ Yay Araşdırma Məktəbi layihəsi həyata keçirəcək -

“İRƏLİ” “Yay Araşdırma Məktəbi” layihəsi həyata keçirəcək

27 iyul, 2013-cü il tarixində “İrəli” İctimai Birliyinin Tədqiqatlar və Araşdırmalar Mərkəzi tərəfindən “Yay Araşdırma Məktəbi” layihəsi həyata keçiriləcək.
Layihədə iştirak üçün 200 nəfər müraciət edib. Müsabiqə əsasında müraciət edənlərdən 30 nəfər layihə iştirakçısı olmaq hüququ qazanıb.
“Yay Araşdırma Məktəbi” 27 iyul tarixində Buzovna qəsəbəsində baş tutacaq. Layihədə aparıcı ekspertlər tərəfindən iştirakçılara “Şəxsi inkişaf”, ”Liderlik”, “Uğur-davamlı olduqda uğurdur” mövzuları üzrə təlimlər keçiriləcək. Eyni zamanda layihə iştirakçıları üçün əyləncəli və intellektual oyunlar təşkil olunacaq.
Qeyd edək ki, “Yay Araşdırma Məktəbi” layihəsinin keçirilməsində əsas məqsəd gənc liderlərin aşkarlanması, mövzu üzrə bilik və bacarıqlarının artırılması, fəal vətəndaş kimi araşdırma aparmalarını təşkil etməkdir. Gələcəkdə “İrəli” Tədqiqatlar və Araşdırmalar Mərkəzi digər mövzular üzrə araşdırma aparan gəncləri öz ətrafına toplamağı planlaşdırır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !