Şəhərimiz gözəlləşir -

Şəhərimiz gözəlləşir

FOTO-reportaj >>>

Bakı...Bu dörd kəlmə söz özündə neçə milyonlarla söz birləşdirib, dəqiq demək olmaz. Dəqiqi odur ki, hər bir azərbaycanlının qəlbinin dərinliklərində əbədi kök salmış Azərbaycan adının içində yaşayır o. Hə..bizimlə yuxudan oyanır, bizimlə yuxuya gedir o..arzularımızla, istəklərimizlə çiçəklənir, sabahlara böyük inamla bizləri aparır o.. doğma Bakımız...
Tarixin sınaqlarına tab gətirərək, öz gözəlliyini, möhtəşəmliyini daim qoruyan və daha da artıran Bakımız... Qədim Bakı...Müasir Bakı...Bu iki məfhumu bir - birindən ayıran elə onun qədimliyi və müasirliyidir...əslində Bakı elə Bakıdır...Nə qədər yeniləşsə də...Xəzərin sahilində sanki əzəmətli bir qartal kimi dalğaların ərköyünlüyünü, hər nazını çəkərək özünü qoruya bilən Bakı..
Abidələr diyarı olan Azərbaycanın paytaxtı Bakı özü də tarixin müxtəlif dövrlərini bizlərə xatırladacaq qədər abidələrlə zəngindir. Təsadüfi deyildir ki, hər il buraya gələn turistlərin sayının artması da şəhərimizə olan marağın hələ bir tərəfidir. Turistlər bir yana, istədim mən də bu şəhərin sakini kimi bu gün bir az Bakıya səyahətə çıxım...
Şəhərin gözəlləşən küçələri, yaraşıqlı binaları, uşaqdan böyüyə hamının rahat istirahət edə biləcəyi parklar, müasir standartlara cavab verən təmir olunmuş məktəb binaları və s. Köhnə binalar sökülür və yerində yeni binalar tikilir.
Dinamik inkişaf yolunda olan respublikamızda gedən abadlıq və bərpa işlərini nəzərə alsaq, bu sahədə Bakını xüsusilə qeyd etmək lazımdır. Təbii ki, hər şey göz qabağındadır.
Bu yerdə fikrimi binaların üzərində daha çox saxlamaq istəyirəm. Belə ki, məhz binaların yaraşıqlı olması şəhəri daha füsunkar edən görüntülərdən biridir. Həddindən artıq hündür və bir - birinə yaxın yeni tikilmiş çoxmərtəbəli binalar isə gözəl görünsə də, təhlükəli məqamlara nə qədər dözümlüdür, deyə bilmərəm. Bir yandan da havasızlıq...
Hər halda, əsas odur ki, şəhərdə hər tərəfdə bərpa işləri getməkdədir...Yəni, Bakı hərəkətdədir....Elə hər mənada...
Zülfiyyə Ağasəlim qızı
Foto reportaj: D.Fuad
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !