İRƏLİ nin elmi nəşrlər layihəsi çərçivəsində Azərbaycan və inqilabı kitabının təqdimatı keçirilib -

“İRƏLİ”nin elmi nəşrlər layihəsi çərçivəsində “Azərbaycan və inqilabı” kitabının təqdimatı keçirilib

İyunun 28-də Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyət dövrünün tanınmış ziyalılarından olan Məhəmməd Şərif Əfəndizadənin “Azərbaycan və inqilabı” kitabının təqdimatı keçirilib. Kitab “İRƏLİ” İctimai Birliyinin elmi nəşrlər layihəsi olan “İrəlinin İctimai-Siyasi Elmlər Kitabxanası” çərçivəsində hazırlanaraq çap edilib.
Nəşrin ideya müəlliflərindən olan, Bakı Slavyan Universitetinin doktorantı Eldar Əmirov tədbiri açaraq kitabın tarixi əhəmiyyətindən danışıb, “Azərbaycan və inqilabı” kitabının həm peşəkar tarixçilər, həm də adi oxucu üçün faydalı olacağını vurğulyıb. Qeyd edib ki, ölkəmizdə ilk dəfə işıq üzü görən bu kitab Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə hakimiyyətdaxili məsələlər, həmçinin ölkədə geniş vüsət almış siyasi-iqtisadi, ideoloji problemləri işıqlandıran azsaylı mənbələrdəndir.
Kitabın “Ön söz”ünün müəllifi, Milli Məclisin deputatı Ceyhun Osmanlı çıxışında bildirib ki, “Azərbaycan və inqilabı” kitabı XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanda gedən bir çox ictimai-siyasi prosesləri anlamaq, onların təfərrüatları ilə tanış olmağa xidmət edən dəyərli qaynaq kimi əhəmiyyət daşımaqdadır. Millət vəkili vurğulayıb ki, kitab həm Azərbaycan Xalq Cümhuriyyətinin irsinin araşdırılmasında töhfə verəcək, həm də gənc təqqiqatçıları yeni axtarışlara ruhlandıracaq.
Tədbirdə çxış edən Milli Məclisin deputatı Rasim Musabəyov, tarixçilər Anar İskəndərov, İradə Bağırova, professor Məmməd Əliyev yeni nəşrin məziyyətlərindən söz açıblar və nəşri yüksək qiymətləndiriblər.
Qeyd edəki ki, “İrəlinin İctimai-Siyasi Elmlər Kitabxanası” tərəfindən son iki ildə 15-ə yaxın kitab işıq üzü görüb və bu istiqamətdə işlər davam etdirilməkdədir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !