Mingəçevir şəhərində gənclər üçün beyin mərkəzi yaradılır -

Mingəçevir şəhərində gənclər üçün beyin mərkəzi yaradılır

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi regionlarda gənclərin iştirakı ilə beyin mərkəzlərinin yaradılmasına başlamışdır. Bu məqsədlə Mingəçevir şəhərində növbəti təlim proqramına start verilmişdir.
Təlimlər əsasən gənclərin analiz və təhlil etmək bacarığının inkişaf etdirilməsinə, onların baş verən ictimai-siyasi hadisələrə düzgün qiymət verməsinin təşviq olunmasına və gənclərin təşəbbüskarlığının artırılmasına yönəldilmişdir.
Mingəçevir şəhəri ilə yanaşı Gəncə, Ağcabədi və Hacıqabulda da təlim proqramları davam etdirilir.
Layihənin əlaqələndiricisi Qızılgül Teyyubovanın verdiyi məlumata görə, yay mövsümü olmasına baxmayaraq, gənclər təşkil edilən təlimlərdə həvəslə iştirak edir və onlar üçün yaradılan imkanlardan səmərəli şəkildə bəhrələnirlər. Gələcəkdə bu mərkəzlər vasitəsilə gənclərimizin xarici ölkələrdəki beyin mərkəzlərinə tanışlıq səfərlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !