5 yaşlı Azərbaycanlı qız Avropa səhnəsində.Golden Sparklesde bizi kim təmsil edəcək? -

5 yaşlı Azərbaycanlı qız Avropa səhnəsində.Golden Sparklesde bizi kim təmsil edəcək?

Azərbaycan ilk dəfə Bolgariyanın Varna şəhərində uşaqlar arasında keçirilən Golden Sparkles European Music Festival-da təmsil olunacaq. Müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edəcək. Sözləri və musiqisi Məryəm Əlibəyliyə məxsus "Oxuyaq nəğmələri" mahnısı iə bizi təmsil edəcək Selcan 3 yaşından səhnədədir və eyni zamanda Cücələrim uşaq qrupunun solistidir. Qeyd edək ki 30-a yaxın ölkənin iştirak edəcəyi festivalda Azərbaycan deleqasiyasının rəhbəri və ölkəmizi münsiflər heyətində prodüser, fəlsəfə elmləri doktoru Hüseyn Cavadzadə təmsil edir. O ......az-a açıqlamasında müsabiqə ilə bağlı bunları bildirib: " Selcan inanılmaz istedadlı uşaqdı və ən əsası o səhnədə çox sərbəstdi. Baxmayaraqki mən çox peşəkar və artıq öz sözünü deyən sənətçilərlə çalışmışam bu balaca qızcığaz məni təəcübləndirməyi bacardı. Əminəm ki festivaldan çox yaxşı nəticələrlə geri dönəcəyik"  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !