Pakistan-Azərbaycan Gənclər Assosiasiyasının sədri İRƏLİ nin qonağı olub -

Pakistan-Azərbaycan Gənclər Assosiasiyasının sədri “İRƏLİ”nin qonağı olub

“The Diplomatic Insight & Media Diplomacy” jurnalının baş redaktoru, Pakistan-Azərbaycan Gənclər Assosiasiyasının sədri Muhammad Asif Noor “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub. Qonaq öncə “İRƏLİ” Gənclik Mərkəzi və təşkilatın layihələri ilə tanış olub, gənclərlə söhbət edib, daha sonra “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev və birliyin baş katibi Nərmin Məmmədova ilə görüşüb.
Görüşdə Azərbaycanla Pakistan arasında əlaqələr, gənclər siyasəti, gənclər təşkilatlarının fəaliyyəti müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri mövcuddur və hər sahədə olduğu kimi gənclər sahəsində də bu münasibətlər daha da inkişaf etdirilməlidir.
Həmçinin davamlı olaraq qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsi, gələcəkdə bir çox layihələrdə birgə fəaliyyət göstərilməsi vurğulanıb.
Eyni zamanda görüşdə təşkilatın strukturu, fəaliyyət istiqamətləri və layihələri barədə geniş məlumat verilib. Sonda qonağa “İRƏLİ” adından “Azərbaycanı Tanı” kitabı təqdim edilib və xatirə şəkili çəkilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !