Tələbələrarası Siyasi Biliklər Olimpiadası keçiriləcək. -

“Tələbələrarası Siyasi Biliklər Olimpiadası” keçiriləcək.

Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatı (AKU TGT), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tələbələrarası Siyasi Biliklər Olimpiadası” keçirəcək. (Olimpiadada təhsil müəssisələrindən asılı olmayaraq subbakalavr, bakalavr və magistrlar iştirak edə bilərlər).
Olimpiadanın əsas məqsədi tələbələri siyasətin müxtəlif sahələrində maarifləndirmək, onları bu sahənin müxtəxəssislər kimi formalaşdırmaqdır.
2 hissədən (yarımfinal və final) ibarət olacaq olimpiadada iştirak etmək istəyənlər, ATGTİ-nin rəsmi saytında yerləşdirilmiş elektron qeydiyyatdan (http://atgti.az/offer/20130508045218087.html) keçə bilərlər. Xatırladırıq ki, qeydiyyat prosesi mayın 30-da yekunlaşacaq.
“Tələbələrarası Siyasi Biliklər Olimpiadası”nın final mərhələsinin bütün iştirakçıları sertifikatlarla təltif olunacaq, qaliblər isə iPhone 5, yarımprofessional fotoaparat, planşet və digər qiymətli hədiyyələr qazanacaqlar
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !